Bizim təcrübəmiz və imkanlarımız bir neçə istiqamətdə işləməyə imkan verir: kitabların, jurnalların, işgüzar və reklam poliqrafiya məhsullarının istehsalı.
Qafqazın ən böyük mətbəəsi
Şirkətimiz peşəkar mətbəə şirkətlərinin sırasına daxildir və çap məhsullarının istənilən tirajla çap edilməsi üçün kifayət qədər texniki resurslara malikdir
Tam dövrlü mətbəə
Tam dövrlü mətbəə “Şərq-Qərb” poliqrafiya məhsullarının istehsalını ən yüksək səviyyədə həyata keçirir. Biz hər təfsilata fikir verərək istehsal prosesini bütün mərhələlərdə nəzarət altında saxlayırıq – maketin yaradılmasından çapdan sonraki emala qədər.
Çoxvərəqli nəşrlər
Biz dövri nəşrlərin, kataloqların, albomların, broşürların, illik hesabatların istehsalında ixtisaslaşırıq.
“Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyəti 1986-cı ildən etibarən dövlət müəssisəsi olaraq 4 nömrəli Bakı kitab mətbəəsi kimi fəaliyyətə başlamışdır. 2001-ci ildə müəssisənin təşkilati-hüquqi forması dəyişdirilmiş və o, “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrilmişdir.
Əsas fəaliyyət növü nəşr və çap işləri olan “Şərq - Qərb” ASC-nin tərkibində Nəşriyyat Departamenti·və Mətbəə fəaliyyət göstərir.
Biz böyük məmnuniyyətlə sizə nəşr olunmuş kitablar haqqında məlumat verə bilərik. Son nəşrlər haqqında məlumata malik olmaq istəyirsinizsə, abunə yazılın.