Rəqəmsal Çap

Rəqəmsal çap, çap sənayesinin ən operativ texnologiyası hesab olunur. Bu texnologiyada heç bir əlavə prosesə ehtiyyac qalmadan, verilənləri kompüterdən birbaşa daxil edərək çap məhsulu əldə etmək mümkündür. Burada çapdan əvvəlki metal formalardan və sazlama prosesindən istifadə olunmur, dizayn olunmuş məhsul birbaşa kompüterdən çapa verilir. Rəqəmsal çapın daha bir üstünlüyü çapın təkcə kağız üzərində deyil, müxtəlif forma və qalınlıqda materiallar üzərində də (parça, karton, plastik, lent və sair) həyata keçirilə bilməsidir.

Rəqəmsal çapın vacib üstünlüklərindən biri də, əlavə vəsait sərf etmədən məhsulun saxtalaşdırılmasından qorunması imkanlarının olmasıdır. Bu üsulla çap edilmiş məhsulların (məsələn, etiket, qablaşdırma məhsulu və s.) qorunma səviyyəsi daha yüksəkdir.

Rəqəmsal çap texnologiyası kiçik sifarişlərin çap olunmasında daha sərfəlidir.

Rəqəmsal çap – rəqəmsal avadanlıq vasitəsilə çap məhsullarının hazırlanması və dəyişkən çap formasının vasitəsilə çap məhsulunun alınmasıdır. Texnoloji prosesində lentlər və formalar istifadə olunmadığına görə nəinki hazırlıq prosesinin qiyməti, həm də keyfiyyətin itirilmə riski çapın bu mərhələlərində kifayət qədər aşağı düşür.

Rəqəmsal çapda biz bunları əldə edirik:

Vaxta qənaət. Müasir rəqəmsal çap texnologiyası çap prosesini, demək olar ki, həmin an, yəni rəng seçimi imzalanandan dərhal sonra işə salmağa imkan verir.

İstədiyiniz çap. Ofset çapından fərqli olaraq tamrəngli rəqəmsal çapda tiraj bir nüsxədən də ibarət ola bilər. Çünki tirajın azalması ilə bir nüsxənin qiyməti praktik olaraq artmır.

Vəsaitlərə qənaət. Rəqəmsal çapda bir nüsxənin qiyməti tirajdan asılı olmadığı üçün, siz hətta çapaqədərki bahalı əməliyyatlarda da (lentlərin, formaların düzəldilməsi və s.) qənaət əldə etmiş olursunuz.

Çapın yüksək keyfiyyəti. Müasir rəqəmsal çap texnologiyalarının və çap texnikasının düzgün seçimi, sənaye poliqrafiyasının keyfiyyətindən aşağı olmayan tamrəngli çap məhsulları əldə etməyə imkan verir.

Rəngin sabitliyi. Mütəxəssislərimizin ixtisas səviyyəsi və çap avadanlıqlarımızın vaxtaşırı tənzimlənməsi tirajdan asılı olmayaraq bizə, çap prosesində rəng göstərilməsini stabil saxlamağa imkan verir. Beləliklə, bizim mətbəəmizdə göy qurşağının bütün rəngləri sizin xidmətinizdədir.

Rəqəmsal texnologiyadan istifadə edərək, qısa vaxt ərzində sifarişçinin istəyinə uyğun çap sonrası xidmətlər də göstərmək mümkündür. Beləliklə görülən işin keyfiyyətini daha da yüksəlmək mümkün olacaqdır.

Rəqəmsal çapın ən böyük üstünlüyü ondan ibarətdir ki, müştərinin sifarişi qısa müddətdə icra olunur.

 

Rəqəmsal Çap

Rəqəmsal çap, çap sənayesinin ən operativ texnologiyası hesab olunur. Bu texnologiyada heç bir əlavə prosesə ehtiyyac qalmadan, verilənləri kompüterdən birbaşa daxil edərək çap məhsulu əldə etmək mümkündür. Burada çapdan əvvəlki metal formalardan və sazlama prosesindən istifadə olunmur, dizayn olunmuş məhsul birbaşa kompüterdən çapa verilir. Rəqəmsal çapın daha bir üstünlüyü çapın təkcə kağız üzərində deyil, müxtəlif forma və qalınlıqda materiallar üzərində də (parça, karton, plastik, lent və sair) həyata keçirilə bilməsidir.

Rəqəmsal çapın vacib üstünlüklərindən biri də, əlavə vəsait sərf etmədən məhsulun saxtalaşdırılmasından qorunması imkanla

KALKULYATOR

0
0
rının olmasıdır. Bu üsulla çap edilmiş məhsulların (məsələn, etiket, qablaşdırma məhsulu və s.) qorunma səviyyəsi daha yüksəkdir.

Rəqəmsal çap texnologiyası kiçik sifarişlərin çap olunmasında daha sərfəlidir.

Rəqəmsal çap – rəqəmsal avadanlıq vasitəsilə çap məhsullarının hazırlanması və dəyişkən çap formasının vasitəsilə çap məhsulunun alınmasıdır. Texnoloji prosesində lentlər və formalar istifadə olunmadığına görə nəinki hazırlıq prosesinin qiyməti, həm də keyfiyyətin itirilmə riski çapın bu mərhələlərində kifayət qədər aşağı düşür.

Rəqəmsal çapda biz bunları əldə edirik:

Vaxta qənaət. Müasir rəqəmsal çap texnologiyası çap prosesini, demək olar ki, həmin an, yəni rəng seçimi imzalanandan dərhal sonra işə salmağa imkan verir.

İstədiyiniz çap. Ofset çapından fərqli olaraq tamrəngli rəqəmsal çapda tiraj bir nüsxədən də ibarət ola bilər. Çünki tirajın azalması ilə bir nüsxənin qiyməti praktik olaraq artmır.

Vəsaitlərə qənaət. Rəqəmsal çapda bir nüsxənin qiyməti tirajdan asılı olmadığı üçün, siz hətta çapaqədərki bahalı əməliyyatlarda da (lentlərin, formaların düzəldilməsi və s.) qənaət əldə etmiş olursunuz.

Çapın yüksək keyfiyyəti. Müasir rəqəmsal çap texnologiyalarının və çap texnikasının düzgün seçimi, sənaye poliqrafiyasının keyfiyyətindən aşağı olmayan tamrəngli çap məhsulları əldə etməyə imkan verir.

Rəngin sabitliyi. Mütəxəssislərimizin ixtisas səviyyəsi və çap avadanlıqlarımızın vaxtaşırı tənzimlənməsi tirajdan asılı olmayaraq bizə, çap prosesində rəng göstərilməsini stabil saxlamağa imkan verir. Beləliklə, bizim mətbəəmizdə göy qurşağının bütün rəngləri sizin xidmətinizdədir.

Rəqəmsal texnologiyadan istifadə edərək, qısa vaxt ərzində sifarişçinin istəyinə uyğun çap sonrası xidmətlər də göstərmək mümkündür. Beləliklə görülən işin keyfiyyətini daha da yüksəlmək mümkün olacaqdır.

Rəqəmsal çapın ən böyük üstünlüyü ondan ibarətdir ki, müştərinin sifarişi qısa müddətdə icra olunur.

 

AVADANLIQLAR

KONICA MINOLTA Accurio Press C6085
KONICA MINOLTA BizHub Press C8000
HORIZON
KDFM-720
SCHMEDT PraLeg
SCHMEDT PraLeg