Ofset çapı
Ofset çapının texnologiyası kifayət qədər mürəkkəbdir. Üzərində çap forması yerləşən hərəkətdə olan val xüsusi işığahəssas layla örtülüb və boyanı məhz şəkil və ya yazını düzgün formalaşdırmaq üçün lazım olan yerlərə yaxmağa imkan verən şəkildə qurulub. Forma ilə val nəmləndirici maye ilə yuyulur, sonra xüsusi rəngli diyircəklər sistemi vasitəsilə onun üzərinə boya yaxılır, təsvir əvvəl ofset silindrinin üzərinə, oradan isə artıq kağıza, yaxud da kartona köçürülür.
Klassik ofset çapının müsbət cəhətlərinə aşağıdakıları aid etmək olar:
1. Təsvirdə olan xırda detalların dəqiq çapı;
2. İstənilən rəng çalarlarının tam əksi;
3. Sürətli çapın yüksək dəqiqliyi (saatda 5000 vərəq və ondan artıq);
4. Xüsusi növ və metalizə olunmuş kağızlarda çap;
5. Qənaətcillik.
Ofset çapı böyük tirajlarda çox sərfəlidir. Bu təqdirdə tərs mütənasiblik yaranır: nə qədər tiraj yüksəkdir, o qədər hər nüsxənin qiyməti aşağıdır.
Laminasiya
Laminasiya ingilis dilində "laminate" sözündən əmələ gəlib və örtüklə örtülmə mənasını verir, Bizim sahədə poliqrafiya məhsulunun örtüklə (filmlə) örtülməsidir. Laminasiyanın əsas təyinatı təsvirin müxtəlif xarici təsirlərdən, zədələrdən qorunmasıdır. Laminasiya kitab qapaqlarında, vəsiqələrdə, kartlarda, təqvimlərdə, menyularda və s. tez-tez istifadə olunan, əzilə, cırıla və ya çirklənə bilən məmulatlarda istifadə olunur.
Laminasiyanın növləri:
1. Paket laminasiyası;
2. Sadə isti rulon laminasiyası;
3. Soyuq laminasiya.
Laminasiya üçün örtüklər (filmlər) aşağıdakı kimi olur:
1. Qlos (cilalı) – təsvirin rəngini, onun parlaqlığını mükəmməl əks etdirir.
2. Mat örtüklər (filmlər) işıq ləkələrinin qarşısını alır, səthdə problemsiz mətn yazmasına imkan verir. Bu yazılar adi pozanla asan pozulur. Mat örtüklə laminasiya daha bahalı görsənir və bir qayda olaraq vizit kartlar və bahalı reklam məhsulları üçün istifadə olunur.
3. Xüsusi örtüklər (filmlər) məsələn, “Qum”, “Kətan”, “Şampan damcıları”, “Parça” və s. təsvirin səthini bəzəmək üçün istifadə olunur.
Çapa hazırlıq xidmətləri
Çapa qədərki proses, yaxud prepress (ingilis sözüdür) keyfiyyətli poliqrafik məhsul əldə edilməsi üçün keçilməsi lazım olan çox vacib mərhələlərdən biri hesab edilir. Hətta ən qüsursuz dizayn və gözəl tərtibat zamanı belə poliqrafik materialların çap prosesinə hazırlanması tələb olunur. Firma təqvimindən tutmuş elmi ktablara qədər istənilən növ poliqrafik məhsulun yaradılması üçün maketin tirajlı çapa hazırlanması prosesinin hansı mərhələlərdən ibarət olduğu haqqında təsəvvürə malik olmaq lazımdır. Profesionallar tərəfindən mükəmməl şəkildə reallaşdırılan çapa qədər hazırlığın aparılması sayəsində vaxt itkisi, əmək itkisi, əhəmiyyətli pul itkisinə yol açacaq bir çox müxtəlif səhvlərə yol verilməsindən qaçmaq və onları düzəltmək mümkün olur.
UV (Ultra bənövşəyi) boyalarla çap
Bu boyalar 100-380 nm dalğa uzunluğu olan ultrabənövşəyi şüanın təsiri altında bərkiyir. UV çap boyaları adi standart çap boyalarından – məsələn, ofset çapı üçün lazım olan boyalardan tamamilə fərqli bir tərkibə malikdir. Onlardan əsasən su hopdurmayan materialların (qalay, plastik və s.) üzərində istifadə etmək daha məqsədəuyğundur. Eyni zamanda da yüksək keyfiyyətli karton məhsullarda və etiketlərdə də bu boyalardan yararlanmaq olar. UV boyalar standart çap növləri üçün işlənib hazırlanmışdır. Bu boya həmçinin də mürəkkəb püskürtməli basqı üçün də yararlıdır.
Metallizəli laminasiyada UV çap
Çap üçün metallizə edilmiş materiallar kağızın, kartonun və ya özü yapışan örtüklərin üzərinə nazik alümminium, qızılı, gümüşü, rəngli, yaxud müxtəlif halloqrafik effektləri olan PET-örtüklərin yapışdırılması vasitəsilə əldə edilmiş məhsullardır.
İstifadə edildiyi sahələr:
1. Parfümeriya məhsullarının və kosmetik vasitələrin, konditer mallarının, çayın, kofenin, elit içki məhsullarının, uşaqlar üçün nəzərdə tutulan məhsulların, hədiyyəlik qablaşdırmanın hazırlanması zamanı
2. CD və DVD məhsullarının müxrəlif növlü qablaşdırılması üçün;
3. POS materialların hər növündə
4. Hər cür təmsilçi və reklam poliqrafiyasında
5. Metallizə edilmiş yapışqanlarda
UV (ultra bənövşəyi) lak
Poliqrafiyada UV lakdan (UV-lak) çap məhsuluna parıltı vermək üçün istifadə edilir. Bu xüsusi lak parıltı əldə etmək üçün nəzərdə tutulur. UV laklama poliqrafik məhsulun çapdan sonra işlənməsi mərhələlərindən biridir. UV lakın bu qədər geniş yayılmasının səbəbi onun reklam məhsuluna verdiyi qeyri-adi vizual effektlə bağlıdır. UV lak akril qatranlar və maye polimerlərdən ibarət məhluldur. Lakın qurudulması (polimerləşdirilməsi) yalnızca UV şüalarının təsdiri altında baş verir. Həm də bu proses, demək olar ki, bir anın içərisindəcə reallaşır və UV lak qoruyucu lak-plyonkla əmələ gətirir. UV laklama vasitəsilə parlaq, hamar bir səth əldə etmək mümkündür. Hətta qalın təbəqlərlə tətbiq edildikdə o elə bir eynicinsli plyonka yaradır ki, bu öz davamlılığı ilə laminasiya ilə belə müqayisə edilə bilər.
Dispersion lak
Su lakları (suyun üzərindəki çap lakından fərqli olaraq) bişirilməmiş boya təbəqəsini artıq qurumuş təbəqədən daha pis nəmləndirir. Ona görə də ən yüksək keyfiyyətli eynicinsli parlaq lak-plyonka yalnız və yalnız lakın quru boya təbəqəsinin (və çap edilmiş materialın) üzərinə çəkilməsi zamanı əldə edilir. Bu isə UV boyanın xətti quruma tətbiq edildiyi zaman, yaxud da hissəvi (avtonom) laklama zamanı mümkündür. Dispersion lakların fərqliliyi ondadır ki, onlar çox tez quruyurlar. Ona görə də bu laklardan adi ofset boyayıcı aparatlarda istifadə etmək olmaz. Onları yalnız bir neçə valiki olan, yaxud kamera siqnallı sistemə malik xüsusi laklama qurğuları ilə çəkmək mümkündür. Dispersion laklarla iş zamanı suyun buxarlanması hesabına təmiz fiziki qurumanı əldə etmək olur. Bunün üçün tez-tez istiliyin verilməsi labüddür. Lakda mövcud olan suyun bir hissəsi yox olduqdan sonra səth özünün yapışqanlığını itirəcəkdir.
Tvin laklama
Tvin texnologiyasında çap lakı piqmentsiz ofset boyasından ibarət olur. Laklama prosesi çap maşınının rəngləmə seksiyalarından birində, yaxud yayma valik sistemi, forma və ofset silindri olan xüsusi seksiyalarda həyata keçirilə bilər. Xətti laklama zamanı parıltının keyfiyyəti bir o qədər də yüksək olmur, çünki çap lakı müəyyən hissələrlə hələ ki təzə və qurumamış boya ilə qarışır. Nəzərə almaq lazımdır ki, lak saralmağa meyillidir. Yalnız uzunmüddətli vaxt üçün nəzərdə tutulan çap məhsulunda su-laklardan istifadə edilməsi məqsədəmüvafiqdir. Rəngləmə seksiyalarında su-laklarının çəkilməsi zamanı, adətən, qeyri-həssas, daha doğrusu, hidrofil forma plastinindən istifadə edilir (məsələn, alüminium səthli). Halbuki belə olduğu halda laklamanın keyfiyyəti xüsusi laklama seksiyasında həyata keçirilən laklamadan – yəni çap maşınında daha nazik lak təbəqəsinin çəkilməsi nəticəsində əldə edilən keyfiyyətdən məxsusi dərəcədə aşağı olur. Hətta lakın valiklərin uzunmüddətli fırlanması zamanı tez quruması təhlükəsi də mövcuddur, bu isə onların təmizlənməsi üçün əlavə xərclərə yol açmış olur.
Seçmə laklama
Seçmə laklamadan ona görə istifadə edilir ki, laklanmamış hissədən fərqli olaraq, təsvirin elementləri mat və ya parıltılı olsun. Bu isə xüsusi rəng effektinin əldə edilməsinə səbəb olur. Bu zaman çox effektli təsvirlər əldə etmək mümkündür. Məsələn, bəzək əşyalarının və aksesuarların üzərində mat əhatəli yüksək parıltılı laklama vasitəsilə gözəl nəticələr əldə etmək olar. Çap zamanı və laklama ərəfəsində təsvirin fraqmentləri bir-birinin üzərinə dəqiqliklə qoyulmalıdır. Yarımşəffaf lakın əhəmiyyət daşımayan kontrastına baxmayaraq, ən kiçik uyğunsuzluqlar belə çap zamanı əhəmiyyətli defektlərə çevrilə bilər. Lak formalarının uyğunluğuna edilən tələblər ofset çap zamanı boyaların uyğunluğuna qoyulan tələblərlə eynidir. Çap lakından istifadə zamanı formada təsvirlərin uyğunluğu problem yaratmır, çünki bu lak ofsetdə forma tərəfindən boya kimi qəbul edilir. Su lakları və UV laklar fleksoqrafik formaların, eyni zamanda da yüksək çapa məxsus olan elastik formaların köməkliyi ilə çəkilir. Onlar isə laklama seksiyasındakı silindrlərdə qarışdırıldığı zaman deformasiyaya uğraya bilərlər.
Qabartma basqı
Qabartma basqını çap məhsulunu gözəlləşdirmənin ən vacib və effektli vasitələrindən biri hesab edirlər. Qabartma effekti materialın relyef klişesi vasitəsilə deformasiyaya uğradılması ilə əldə edilir. Onu falqanın çəkilməsi ilə tamamlamaq olar. Səthin dəyişdirilmiş relyefi qabardılmış təsvirin strukturunda işığın fərqli əksolunmasını təmin edir. Vərəqli çapda qabartma üçün klişenin hazırlanması böyük maliyyə tələb edir. Rulonlu-fırlanan çap zamanı isə o eyni zamanda da öz dəyərinə görə çox baha başa gəlir. Bu texnologiyadan ancaq yüksək tirajlı, davamlı olaraq təkrarlanan çap prosesində (məsələn, divar kağızlarının, siqaret üçün qablaşdırmaların və s.) istifadə etmək məqsədəmüvafiqdir.
Konqrev qabartma üsulu
Folqasız konqrev qabartma (ingiliscə embossing, alman dilində praegung) relyefin (müşahidəçi istiqamətində) materialın klişe ilə konqrev (matrisa) və puanson (kontrmatrisa, cavab hissəsi) arasında preslənməsi vasitəsilə verilməsidir. Təsvir bu zaman qabarmış forma alır. Bu proses ya soyuq üsulla, ya da klişenin 60 dərəcə qızdırılması vasitəsilə edilir.
Folqa ilə konqrev qabartma iki vasitə ilə reallaşdırıla bilər. Birinci vasitədə proses iki addımda yerinə yetirilir: birinci addımda folqa preslənir, ikinci addımda isə qabartma effekti verilir.
İkinci vasitədə isə proses bircə hərəkətlə reallaşdırılır: folqanın ötürülməsi və relyefin verilməsi eyni zamanda baş verir, bu isə tiraja sərf edilən zamana iki dəfə qənaət etmək deməkdir. İkinci vasitədə texnoloji cəhətdən daha mürəkkəb (və bahalı) klişedən istifadə edilir, presləmə operatorunun bir zərbə ilə işləmək vərdişinin olması, həmçinin 100-160 dərəcə C-nin təmin edilməsi tələb olunur. eyni zamanda bu cür işləri yerinə yetirməyə qadir olan “Bobts”, yaxud “Gietz” kimi presə də ehtiyac var.
Fiqurlu kəsim
Fiqurlu kəsim qeyri-standart istəyə uyğun poliqrafiya məhsullarının hazırlanması üçün nəzərdə tutulan texnologiyadır. Prosesin fiziki tərəfi xüsusi preslərdən və fiqurlu kəsimlərdən (ştansform) istifadəni nəzərdə tutur. Ştansforma hazır məhsulun konturlarını təkrarlayan sərt baza bıçaqlarında sabitləşmişdir. Ştansforma və vərəqli material (kağız, karton, nazik plastik və s.) pressə yerləşdirilir və elə orada da kəsim həyata keçirilir.
Fiqurlu kəsim – poliqrafiya xidmətləri bazarında yetərli qədər tələb olunan bir texnologiyadır. Razılaşın ki, əgər bəşəriyyət fiqurlu kəsimi ixtira etməsə idi, rəngli kvadratlara və düzbucaqlı açıqcalara, kağızlara və digər poliqrafik məhsullara baxmaq çox darıxdırıcı ola bilərdi. Gözəllik dünyanı xilas etməlidir!
Yapışdırma
Yapışdırma (alman sözü olan kaschieren – kağızla yapışdırmaq, gizlətmək, maskalamaq deməkdir) qeyri-şəffaf materiala qeyri-şəffaf plyonkanın kley vasitəsilə yapışdırılması və bərkidilməsi, yaxud iki səthin (laynerin və özülün) presslənməsi texnoloji prosesidir. Bu zaman layner daha az sıxlığa malik struktura sahib olur, bazası isə daha sıx materialdan ibarətdir. Yapışdırma xüsusi avadanlıqda əvvəlcədən hazırlanmış kağızı, kartonu, folqanı, plyonkanı yapışqan vasitəsilə həyata keçirir. Laynerlərin sayından asılı olaraq o, birtərəfli, yaxud ikitərəfli ola bilər. Poliqrafiyada yapışdırma kağız və bərk karton üzərində tam rəngli çapın yüksək keyfiyyəti sayəsində POS materialların, müxtəlif qablaşdırma məhsullarının, uşaq kitablarının, inkişafetdirici tapşırıqların, qismən pazlların, elit sinfə aid məhsulların, təqvimlərin istehsalında istifadə edilir. Cəlbediciliyin artırılması üçün çapdan sonra görülən işlərin bəzi formalarından da yararlanmaq mümkündür: laminasiya, qabartma, isitmə, UV-lak və s.
Professional skan etmə
Skan etmə kompüterdə növbəti işin aparılması üçün analoji təsvirin rəqəmsal təsvirə keçirilməsi deməkdir. Eyni zamanda təsvirin reproduktiv sistemlərdə birbaşa elementli ötürülməsi üçün də istifadə edilir. Skanedilmə prosesində təsvir olunan obyekt kameranın işığahəssas səthində proyeksiya edilir. Hesablama (yaddaşa köçürmə) elementlərlə həyata keçirilə bilər: nöqtəbənöqtə (birelementli fotoqəbuledici tərəfindən), sətirbəsətir (işığahəssas elementlərin xətkeşi vasitəsilə), ya da bütün sahə ilə (işığahəssas elementlərin matrisası vasitəsilə). Elementli skanetmə rəqəmsal fotoqrafiyada heç bir praktik əhəmiyyətə malik deyil. Sətri yazı üsulu skanerlərdə istifadə edilən metodlara uyğun gəlir. Buna görə də belə bir fotoaparat quraşdırılmış obyektivi olan skaner kimi qəbul edilə bilər. Rəngli obyektlərin çəkilməsi zamanı işıq axını rəngli işıq filtrlərinin köməkliyi ilə rəngi üç rəng kanalı vasitəsilə bölür (RGB). Sətri skanlama tipində işləyən kameralar davamlı olaraq işıqlandırma şərtləri tələb edir. Bundan başqa, yazılan (təsviri çəkilən) obyektlər çəkilmə prosesi zamanı, daha doğrusu, skan edilmə prosesində yerindən tərpədilməməlidir
Rəngayırma
Rəngli təsvirin bərpası texnoloji prosesi zamanı mürəkkəb spektral tərkib bir neçə monoxrom yarımtonluq tərkibə parçalanır ki, onların da hər biri yalnız bir rəng, yaxud da rəng mühiti haqqında informasiya daşıyır. Rəngayırma vasitəsilə əldə edilən təsvirlər rəngayırmadan keçmiş təsvirlər adlanır. Müasir poliqrafiyada rəngayırma – rəngli təsvirlərin bir neçə boya vasitəsilə çapa hazırlanması deməkdir. Bu texnologiyada rəngin subtraktiv sintezi prinsipindən istifadə edilir, bu prinsip isə işığı buraxan, yaxud əks etdirən materiala (məsələn, kağız, yaxud şəffaf plyonkaya) rəngli boyayıcıların müəyyən təbəqəsinin çəkilməsini tələb edir. Bu zaman onların hər biri ağ rəngdən öz spektr faizini “oxuyur”.
Mətbəələrdə ənənəvi rəngayırma optik filtrlərin və raster sistemlərinin köməkliyi ilə həyata keçirilirdi. Müasir zamanda rasterləşdirmə və rəngayırma prosesi avtomatlaşdırılıb və təsvirlərin çapaqədərki hazırlığına qədər proqramlaşdırılır. Əksər hissəsi isə Adobe Photoshop qrafik redaktorunda müəyyən edilir.Rəngayırma rəngli təsvirin dörd rəngə ayrılmasıdır ki, bu zaman dörd ofset çap forması hazırlanır. Onlar isə, öz növbəsində, tipoqrafik rəngli boyaları kağıza çəkir. Bunun da nəticəsində basqıda tam təsvir yaranır.
Rəng nümunəsi
Müştəriləri çox zaman maraqlandırır ki, sifariş verdikləri məhsul hazır şəkildə necə görünəcəkdir: təsvirlər elektron variantda olduğu kimi parlaq və dolğun olacaqmı, firma rəngləri kağıza nə dərəcədə dəqiqliklə ötürüləcəkdir? Rəng nümunəsi hazırlamaqla bütün bu suallara cavab tapmaq mümkündür. “Şərq-Qərb” nəşriyyatının bir çox xidmətləri ilə yanaşı, rəng nümunəsi hazırlanması da var ki, əsas xidmətlərimizdən biridir. Son məhsulun keyfiyyəti ondan çox asılıdır.
Rəng nümunəsi çap olunan materialın tirajının nəşri zamanı rəngin alınması üçün nümunə rolunu oynayır. O, poliqrafiyada rəng istehsalı zamanı keyfiyyətin təmin olunması üçün ən vacib alətlərdən biridir. Rəng nümunəsi məhsul hazır olduqdan sonra onun necə görünəcəyi ilə bağlı təsəvvürün formalaşmasına imkan yaradır.
Hazırda bizim şirkətimiz rəqəmsal rəng nümunəsi hazırlanması xidməti də təklif edir ki, bu da hazır məhsulun 95% səviyyəsində imitasiya edilməsinə şərait yaradır.
Nəşriyyatımız davamlı olaraq inkişaf etməyə, öz fəaliyyətini təkmilləşdiməyə çalışır. Eyni xüsusiyyət rəng nümunəsinin hazırlanmasına da aiddir. Bizdə nümunənin təqdimini sifariş etdiyiniz zaman əmin ola bilərsiniz ki, iş maksimal şəkildə keyfiyyətli və operativ hazırlanacaq. Biz sizə rəng nümunəsinin hazırlanmasından başqa, çapaqədərki prosesin müxtəlif növlərini, o cümlədən keyfiyyətli rəng korreksiyasını da təqdim edirik.