Firudin Nəbiyev

“Şərq-Qərb” ASC-nin baş direktoru cənab Kamran İsayevə

Hörmətli Kamran müəllim,
Bu il 19 mart 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Fərmana əsasən yaradılmış Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10-cu ildönümü tamam olmuşdur. Bu münasibətlə Xidmət tərəfindən qurumun fəaliyyətindən bəhs edən “Dövlət Miqrasiya Xidməti, 10 il” kitab-albomu hazırlanmış və “Şərq-Qərb” Nəşriyyat və Poliqrafiya Evinin mətbəəsində çap olunmuşdur. Bu əməkdaşlıqdan məmnunluğumuzu, kitab-albomun yüksək poliqrafik üslubda, nəfis şəkildə çap edilməsində əsl peşəkarlıqla yaxından iştirak etdiklərinə görə buraxılışa məsul Sevil İsmayılovaya, dizayner Kərim Məhdəviyə və redaktor Qurban Nuriyevə təşəkkürümüzü bildiririk.

Hörmətlə, 

Firudin Nəbiyev
Dövlət Miqrasiya Xidmətinin Rəisi 

19 iyun 2017-ci il