Arif Məlikov

Hörmətli Kamran müəllim İsayev, 
Başda Siz olmaqla, “Şərq-Qərb” Nəşriyyat və Poliqrafiya Evinin işçilərinə, xüsusən Nəşriyyat departamentinin direktoru Kəmalə Qarayevaya və direktor müavini Sevil İsmayılovaya əsərlərimdən ibarət külliyyatımın yüksək səviyyədə nəşrini və çapını təşkil etdiyi üçün dərin minnətdarlığımı bildirirəm. Bununla yanaşı, kitabların hazırlanmasında əməyi keçən Gültəkin Cəfərovvaya, Xəqani Fərzalıyevə, Kərim Məhdəviyə, Fəridə Səmədovaya və digər işçilərə təşəkkürümü bildirir və yeni-yeni nailiyyətlər arzulayıram.
Sizin timsalınızda kollektivinizin bütün üzvlərini qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2017-ci il münasibətilə səmimi qəlbdən təbrik edərək göztərdiyiniz fəaliyyətdə sonsuz uğurlar diləyirəm.

Hörmətlə, 
Xalq artisti Arif Məlikov
29 dekabr 2016-cı il