Vəhdət Sultanzadə

2017-ci ildə "Şərq-Qərb" nəşriyyatı "Diplomatiya: daxildən baxış" kitabımı nəşr etdi. Nəşr üzərində işləyərkən, bu nəşriyyatın yüksək ixtisaslı, hərtərəfli bilikli və son dərəcə mehriban və xeyirxah işçiləri ilə işləməkdən böyük zövq aldım. Kitabımın bütün detallarına diqqətlə yanaşmaları, faktların dəqiq və qüsursuz təqdim edilməsinə səmimi maraq göstərmələri, dizayn üzərində ciddi, dəqiq və həvəslə çalışmaları məni çox təsirləndirdi.

Kitabımın nəşrində əməyi olan bütün işçilərə, xüsusən də "Şərq-Qərb" Nəşriyyatının direktor müavini Sevil İsmayılovaya, redaktor Nərgiz Qasımzadəyə, dizayner Nurlan Nehmətova və eləcə də nəşriyyatın bütün heyətinə səmimi qəlbdən minnətdarlığımı bildirmək istəyirəm. 

Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri

Vəhdət Sultanzadə

15 yanvar 2018