“Şərq-Qərb” ASC-nin Vətən müharibəsi döyüşlərində iştirak etmiş işçilərini tanıyaq

“Şərq-Qərb” ASC-nin Vətən müharibəsi döyüşlərində iştirak etmiş işçilərini tanıyaq: 
İbayev Məhəmməd Azər oğlu. 2019-cu il dekabrın 16-dan “Şərq-Qərb” ASC-də qablaşdırıcı vəzifəsində işləyir. 2020-ci il iyulun 29-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ordu sıralarına çağırılıb. 21 yaşlı Məhəmməd Vətən müharibəsi başlayan andan etibarən Füzuli, Cəbrayıl, Xocavənd, Ağdərə və Şuşanın işğaldan azad olunmasında motoatıcı alayda ən qaynar nöqtələrdə mətanətlə döyüşüb. Laçının müdafiəsində iştirak edib. Şərəfli döyüş yolu keçən Məhəmməd yaralı yoldaşlarının həyatını xilas edib və düşmən mövqelərini məhv edib. Hər zaman Vətənə bağlılığı ilə seçilən Məhəmmədin əmisi də I Qarabağ müharibəsinin veteranı olub. Məhəmməd İbayev 2021-ci il  yanvarın 14-də ordu sıralarından tərxis edilib.