“Şərq-Qərb” ASC-nin Vətən müharibəsi döyüşlərində iştirak etmiş işçilərini tanıyaq

“Şərq-Qərb” ASC-nin Vətən müharibəsi döyüşlərində iştirak etmiş işçilərini tanıyaq: 
Babayev Anar Asifoviç. 2018-ci il martın 16-dan “Şərq-Qərb” ASC-də çapçı köməkçisi vəzifəsində işləməyə başlayıb. 2020-ci ilin iyulunda  Tovuzda baş verən döyüşlərdən sonra könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib. Vətən müharibəsi başlayan andan – 2020-ci il  sentyabrın 27-dən etibarən döyüşlərə qatılıb, Füzuli, Cəbrayıl, Şuşa və digər yaşayış məntəqələrinin işğaldan azad olunmasında atıcı kimi mətanətlə xidmət göstərib. Şərəfli döyüş yolu keçən, Vətənə bağlılığı ilə seçilən Anar bir neçə yaralı yoldaşının həyatını qurtarıb və düşmən mövqelərini məhv edib. 2021-ci il yanvarın 1-ində hərbi xidmətdən tərxis edilib.