“Şərq-Qərb” ASC-nin Vətən müharibəsi döyüşlərində iştirak etmiş işçilərini tanıyaq

“Şərq-Qərb” ASC-nin Vətən müharibəsi döyüşlərində iştirak etmiş işçilərini tanıyaq:
Bəxtiyar Akif oğlu Ələkbərov. 2020-ci ilin iyul ayından “Şərq-Qərb” ASC-nin Nəşriyyat departamentində səhifələyici olaraq fəaliyyətə başlayıb. “Tovuz döyüşləri”ndə zabit və əsgərlərimizin ölümündən çox təsirlənərək könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib və Vətən uğrunda gedən döyüşlərdə iştirak etmək üçün qeydiyyatdan keçib. Sentyabrın 27-dən başlayan Vətən müharibəsi zamanı hər gün döyüşə çağırılacağını səbirsizliklə gözləyərək dəfələrlə Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib. 2020-ci il noyabrın 9-da hərbi xidmətə çağırılıb. Sürücü kimi təlim poliqonlarında iştirak edib və hərbi texnikanı idarə etməyi öyrənib.
2020-ci il dekabrın 27-də ordudan tərxis olunub.