Ipack Caspian 2019 qablaşdırma, tara, etiket və poliqrafiya” sərgisi

Şərq-Qərb ASC, 15-17 may 2019-cu il tarixlərində Bakı Sərgi Mərkəzində (Baku Expo Center) keçirilən “Ipack Caspian 2019 qablaşdırma, tara, etiket və poliqrafiya” sərgisində iştirak etmişdir.
Bütün dünyada qablaşdırma materialları bazarı biznesin inkişafında böyük rol oynayır. Belə ki, xüsusi tədqiqat məlumatlarına əsasən, qablaşdırma üzrə uğurlu həll variantları məhsulun uğurunun yarısını təmin edir.
Məhsulun təbiiliyini, yüksək keyfiyyətini əks etdirən və onun tanınmasında qablaşdırmanın rolu danılmazdır. 
Azərbaycanda qablaşdırma məhsulları istehsalçılarından biri olan Şərq-Qərb ASC bu sərgidə iştirak edərək, yerli istehsalçılarla daha yaxın ünsiyyət qurulmasını təmin etmiş və onları şirkətin qablaşdırma sahəsindəki yenilikləri ilə tanış etmişdir. 
Şərq-Qərb ASC bu sərgidə qablaşdırma məhsulları ilə yanaşı, şirkətin istehsal etdiyi digər məhsulları da nümayiş etdirmişdir.